Login Register
G
Buktreyler Festivalı banner
Buktreyler Festivalı

Buktreyler Festivalı

@UCpI8mxv1RTsHoBWaAqZRoOQ - 1.9K subscribers

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx, tizerdir. Buktreyler Festivalı ildə 1 (bir) dəfə olmaqla keçirilir. Təqdim olunan təxmini 3 dəqiqəlik filmlər internet sosial şəbəkələrdə yerləşdiriləcəkdir, eləcə də onlar arasından seçilmiş short-listə daxil olan filmlər Festival günü kinoteatrın geniş ekranında nümayiş etdiriləcəkdir. Qalib filmlər Festivalın məzmununa uyğun gələn ölkənin nüfuzlu peşəkarları arasından seçilmiş Münsiflər Heyəti tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Festivalın məqsədləri: - istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması və dəstəklənməsi; - kitab və mütaliənin cəmiyyətdə təbliği; - mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi; - buktreylerlərin incəsənət və biznesdə istiqamət kimi inkişafı.